Təkcə son 50 gündə İranda azı 292 etirazçı və vətəndaş fəalı hökumət qüvvələri tərəfindən həbs olunub.

İqtisadiyyat.az xəbər verir ki, İran hökuməti bu il iyulun 23-dən sentyabrın 14-dək tələbələrə, təhsil ocaqlarına, sənət adamlarına və həlak olanların ailələrinə təzyiq göstərərək, Məhsa Əmininin vəfatının ildönümündə hər hansı “mümkün iğtişaşların” qarşısını almağa çalışıb.


Həmin müddət ərzində bu ailələrin 44 üzvü dövlət qurumlarının həbsdən tutmuş çağırış və çıxış qadağası kimi hökmləri ilə üzləşiblər.