Gürcüstan hökuməti Tbilisinin kənarında yerləşən Vazianidə yeni beynəlxalq hava limanının tikintisi ilə bağlı yekun qərar qəbul edib.

İqtisadiyyat.az xəbər  verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Onun sözlərinə görə, limanın tutumu ildə 19 milyon sərnişin təşkil edəcək və daha da böyümə perspektivi olacaq

"Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək. Bu layihə 1,260 milyard dollara başa gələcək. İndiki hava limanının tutumu təxminən 4-4,5 milyon sərnişindir. Bilirsiniz ki, bizdə turizm sektorunda çox müsbət dinamika var. Gələcəkdə turistlərin sürətli və ardıcıl artımı gözlənilir. Biz zamanla və infrastrukturla ayaqlaşmalıyıq”.

 

Gözəl Həşimova