Tayvanda baş verən zəlzələ nəticəsində ən azı 1038 nəfər xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tayvanın fövqəladə hallara cavab qərargahının hesabatında deyilir.

Məlumata görə, 9 nəfər həlak olub, 52 nəfər isə itkin düşüb.

***

23.28

03.04

Tayvanda baş verən zəlzələ nəticəsində azı 963 nəfər xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Tayvanın fövqəladə hallara cavab qərargahının nümayəndəsi brifinqdə açıqlayıb.

Yenilənmiş məlumatlara görə, ən çox qurbanlar Sinbey şəhərində (248 nəfər) və Hualien qraflığında (176) qeydə alınıb. Daha əvvəl 821 qurbanın olduğu bildirilirdi. Doqquz nəfər isə həlak olub.

Qərargah nümayəndəsinin qeyd edib ki, daha 143 nəfər dağıntılar altında sıxışıb və kömək gözləyir.