Son 24 saat ərzində Tayvanda ən azı 218 zəlzələ və afterşok qeydə alınıb.
Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, dünən axşam saatlarında 5,5 bal gücündə ilk yeraltı təkanlar qeydə alınıb. O vaxtdan bəri Tayvanda saatda bir neçə zəlzələ qeydə alınıb ki, onlardan ikisi ən güclüsü olub. Ən güclü zəlzələlər isə 6 və 6.3 bal olub.
Səlahiyyətlilər hələlik ciddi dağıntılar barədə məlumat verməyiblər.
Gözəl Həşimova