Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə taxıl müqaviləsi barəsində danışıqlar aparmaq istədiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan "TRT" telekanalına müsahibəsində bildirib.

"Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılması təkcə dünyada ərzaq qiymətlərinin artmasına səbəb olmayacaq, eyni zamanda bir sıra nəticələrə gətirib çıxaracaq. Bu nəticələrə aclıq və yeni miqrasiya dalğaları aiddir.

Biz bunun qarşısını almaq üçün təşəbbüs göstərəcəyik. Düşünürəm ki, bu məsələni cənab Putinlə ətraflı müzakirə edəcəyik və bu humanitar hərəkatın davam etməsini təmin edəcəyik", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova