Banqkokda Tailand və Çin arasında vizasız rejimin tətbiqi haqqında sazişin imzalanma mərasimi keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tailandın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sənədi Tailandın baş nazirinin müavini və xarici işlər naziri Panpri Phitthanukon və Çinin xarici işlər naziri Vanq Yi imzalayıblar. Müqavilə martın 1-dən qüvvəyə minəcək. 

"Belə ki, hər iki ölkənin vətəndaşları hər hansı 180 günlük müddət ərzində 30 gündən çox olmamaq şərti ilə və ümumi qalma müddəti 90 gündən çox olmayan müddətə viza tələblərindən azaddırlar", - deyə XİN bildirib.

Çinin xarici işlər naziri yanvarın 26-dan Taylanda səfərdədir və bu səfər yanvarın 29-dək davam edəcək.