"100-ə yaxın tacik məhbus Rusiya həbsxanalarından Rusiya-Ukrayna müharibəsinə göndərilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzadə deyib.

Rəhimzadə Düşənbədə keçirdiyi mətbuat konfransında Rusiya həbsxanalarından döyüşə göndərilən tacikistanlı əsirlərlə bağlı məlumat paylaşıb.

Rusiyada həbsxanalarda saxlanılan 100-ə yaxın tacikistanlı məhkumun müharibə bölgəsinə göndərildiyini qeyd edən A.Rəhimzadə məsələ ilə bağlı Rusiya rəsmilərinin məlumat vermədiyini, iki ölkə arasında məlumat mübadiləsi ilə bağlı heç bir razılaşma olmadığını qeyd edib.

Beləliklə, Rəhimzadə Rusiya həbsxanalarından müharibəyə göndərilən tacik məhbuslar haqqında məlumat verən ilk Tacikistan rəsmisi olub.

Qeyd edək ki, bundan əvvəl Tacikistan mediası Rusiya-Ukrayna müharibəsində həyatını itirən 20 tacik məhbusun şəxsiyyət məlumatlarını açıqlayıb.