"İnkişaf etmiş ölkələr dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerjiyə investisiyaları artırmalıdırlar".

İqtisadiyyat.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransında deyib.

Onun sözlərinə görə, Tacikistan yaşıl və bərpa olunan enerjiyə böyük diqqət yetirir, o cümlədən su elektrik stansiyalarının gücünün artırılması üçün tədbirlər görür:

Prezident dənizə çıxışı olmayan ölkələrin digər problemlərinə, o cümlədən iqlim dəyişikliyi nəticəsində yaranan səhralaşmaya və quraqlığa diqqət çəkib: "Bu proseslərin qarşısını almaq üçün biz birgə tədbirlər görməliyik. Su ilə bağlı məsələlər, xüsusilə həssas ölkələrdə, o cümlədən dənizə çıxışı olmayan ölkələrdə vacibdir. Bu ölkələrin əhalisinin yalnız üçdə biri içməli su ilə təmin olunur".

 

Gözəl Həşimova