“Tacikistan hərbçiləri Belarusun hərbi təhsil müəssisələrində təlim keçəcəklər”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko bildirib.

Qeyd edilib ki, Tacikistan Müdafiə Nazirliyinin nümayəndələri iyulun 31-dən avqustun 4-dək Belarusdakı hərbi təhsil müəssisələri ilə tanış olmaq üçün səfərdə olublar.

V.Revenkonun sözlərinə görə, səfərin nəticələrinə əsasən Belarusda tacikistanlı hərbçilərə təlim keçirilməsinə dair razılıq əldə olunub.