"Bu günə kimi Şuşa şəhərində 5 tarixi obyekt bərpa olunub".

İqtisadiyyat.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Onların arasında Gövhər Ağa məscidləri, xalça muzeyi, Mehmandarovların evi var. Bərpa oluna bilməyən obyektlər isə konservasiya olunacaq. Eyni zamanda 4 heykəl üzərində iş davam edir", - deyə o qeyd edib.