Xaçmaz-Quba yolundan istifadə edən sürücülər yoldakı yenilikdən şikayətçidirlər.

İqtisadiyyat.az-ın məlumatına görə, yeni körpü tikilib, ancaq körpü dar olduğuna görə yol da dardır.

Sürücülər bu yoldan keçərkən təhlükə ilə qarşılaşdıqlarını bildiriblər:

“Yol müasirdir, ancaq iki avtomobil yan-yana keçə bilmir”.

Sürücülər qeyd ediblər ki, bu yoldan ağır tonajlı yük maşınları çətinliklə keçsə də, kip vuran ot maşını və əkinlərin biçilməsi üçün nəzərdə tutulan konbaynlar keçə bilmirlər:

“Əvvəllər bu yol yaxşı idi, indi beton baryerlərlə örtüldükləri üçün kənd təsərrüfatı texnikalarının gediş-gəlişi çətinləşib”.

Avtomobil Yolları Dövlət Agentliyindən mövzu ilə bağlı bildirilib ki, yol beynəlxalq standartlara uyğundur:

“Sözügedən ərazidə iki tərəfli hərəkət təmin olunub və hərəkət zolaqları tam olaraq beynəlxalq standartlara uyğundur”.

Daha ətraflı süjetdə: