Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov sabah dəfn olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, gecə saat 02:00-da mərhumun nəşi Bakıya gətiriləcək, oradan isə Gəncədəki evinə yola salınacaq.

Qeyd edək ki, Surət Hüseynov Gəncə şəhərinin 4 saylı qəbiristanlığında, ata və anasının məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı Surət Hüseynov İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti ağırlaşıb. O, Türkiyədəki xəstəxanasda vəfat edib.