Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsinin çəkilişinə başladığı tuneldir:

“Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərasidən elektrik xətlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8-ci, 9-cu, 10-cu, 11-ci, 17-ci, 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı ərazilərdə bir saata qədər davam edəcək”.