İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Sumqayıt şəhərində daha 208 tam təmirli mənzil əlavə edilib.

Bu barədə Fond məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində 2 və 3 otaqlı olmaqla 61 yeni mənzil, Bulvar küçəsində isə 2, 3 və 4 otaqlı olmaqla 147 mənzil çıxarılıb.

Yeni mənzillər yanvarın 18-dən seçim üçün açıq olacaq.