Sumqayıt -Pirşağı-Bakı qatarı yenə gecikmə ilə hərəkət edib.

İqtisadiyyat.az xəbər verir ki, 07:50-də Sumqayıtdan hərəkət edən qatar qrafikə uyğun olaraq 08:40-da Bakıya çatmalı olsa da, 08:49-da çatıb. Qatar 9 dəqiqə "Koroğlu" stansiyasında dayanmalı olub.

Gecikmənin səbəbi isə açıqlanmayıb.