Sudanın paytaxtı Xartumun ətrafında yerləşən bazara mərminin düşməsi nəticəsində 20-dən çox adam həlak olub.

Bu barədə İqtisadiyyat.az “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə noyabrın 5-də baş verib. Partlayış Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RRF) arasında intensiv atışma zamanı baş verib.

Bildirilib ki, noyabrın 4-də isə Xartumda mərmilərin bir neçə evə düşməsi nəticəsində 15 dinc sakin həlak olub.

Qeyd edək ki, ordu ilə RRF arasında silahlı qarşıdurma aprel ayında başlayıb. Nəticədə ən azı 3 min insan həlak olub.

 

Gözəl Həşimova