Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən ölkənin zirehli qüvvələrinin əsas bazasına nəzarəti ələ keçirdiyi bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

“Xartumun cənubundakı Əl-Şəcər bölgəsində hərbi bazanın təhlükəsizliyi təmin edilib, qarşı tərəf ətraf ərazilərdən çıxarılıb”, - ordunun bəyanatında deyilir. 

Əl-Ərəbiyyə-nin məlumatına görə, Sudan Silahlı Qüvvələri paytaxtdakı Çevik Reaksiya Qüvvələrinin mövqelərinə hava zərbələri endirməkdə davam edir, artilleriya atəşi səsləri eşidilir. Qonşu Omdurman şəhərində də şiddətli döyüşlər gedir.