"Ukraynada döyüş meydanında vəziyyət NATO-nun gözlədiyindən daha mürəkkəbdir. Rusiya Avdiivkanı mühasirəyə almaq üçün hücum əməliyyatlarına başlayıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında deyib.

"Biz başa düşməliyik ki, döyüş meydanında vəziyyət mürəkkəbdir. Rusiya sülh planlaşdırmır, əksinə, biz Rusiyanın necə hücum əməliyyatlarına başladığını görürük. Məsələn, Avdievka ətrafında. Amma vəziyyətin gözlənildiyindən də mürəkkəb olması faktdır. Bu, Ukraynaya daha çox kömək etmək üçün arqumentdir. Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik, bu, NATO üçün pis olacaq", - Stoltenberq qeyd edib.

"Mən əminəm ki, Birləşmiş Ştatlar Ukraynaya yardımı davam etdirəcək. Mən NATO ölkələrinə gedirəm və eyni dəstək mesajını alıram. Yalnız son günlər Almaniya yeni yardım elan edib, digər NATO ölkələri də yardım vəd edib", - Stoltenberq əlavə edib.