"Prezident Ərdoğanın İsveçin üzvlük protokolunu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə göndərməsini alqışlayıram". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvülüyünün ratifikasiyasını imzalamasından sonra açıqlama verib.

Stoltenberq əlavə edib:

"Mən ratifikasiya ilə bağlı sürətli səsvermənin keçirilməsini və İsveçin NATO-nun tam müttəfiqi kimi tezliklə qəbul edilməsini səbirsizliklə gözləyirəm. Həftə sonu Prezident Ərdoğanla görüşümüz zamanı ifadə etdiyim kimi, bu, bütün alyansı daha güclü və təhlükəsiz edəcək".

Qeyd edək ki, Stoltenberq sabah İsveçə səfər edəcək və baş nazir Ulf Kristerssonla görüşəcək.