NATO-nun baş katibi Yens Stoltenberq İsveçin alyansa qoşulması ilə bağlı protokolu ratifikasiya məqsədilə parlamentə təqdim etdiyi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"Mən sənədin ötürülməsini alqışlayıram. İsveçi NATO-ya tamhüquqlu üzv kimi ən qısa zamanda qəbul etməyi səbirsizliklə gözləyirəm ki, bu da alyansı daha güclü və etibarlı edəcək", - baş katib bildirib.

Bundan əvvəl Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib. Prosedura əsasən, sənəd ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq.