Bütün NATO-ya üzv ölkələr son nəticədə Ukraynaya uzunmüddətli yardım üçün hərbi fondun yaradılması ideyasını dəstəkləyəcəklər. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri BBC-yə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq deyib.

"Mən əminəm ki, bütün ölkələr NATO-nun rolunu gücləndirməyi planlaşdırmağa başlamalı olduğumuz barədə razılığa gəliblər. İkincisi, bu xərclərdən qaçmağın heç bir yolu yoxdur. Ukraynanın qələbəsini təmin etmək mövzusunu müzakirə etməyin ən yaxşı yolu ödəniş edib-etməmək deyil, necə ödəməyi müzakirə etməkdir", - Stoltenberq qeyd edib.

O həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin döyüş meydanında məqsədlərinə çatmağın mümkünsüzlüyünü anlayana və danışıqlar masası arxasına əyləşənə qədər NATO Ukraynaya yardımı davam etdirəcək. Eyni zamanda, Şimali Atlantika Alyansının baş katibinin fikrincə, Moskva və Kiyev arasında danışıqlar Ukraynanın suveren və müstəqil ölkə olması əsasında aparılmalıdır.