Azərbaycan əhalisi rəqəmsal kanallara meyllənir.

İqtisadiyyat.az-ın məlumatına görə, bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən “Standard & Poor's”un (S&P) analitiki Dmitri Nazarov bildirib.

Onun sözlərinə görə, statistikaya əsasən Azərbaycanda bank filiallarının yayılma dərəcəsi ümumilikdə və regionla müqayisədə aşağıdır və bu fakt insanları rəqəmsal kanallara meylləndirə bilər.

“Azərbaycanda rəqəmsal bankçılığa transformasiya dövründə bu prosesin güclü və zəif tərəfləri deyil, əsasən onu gözləyən risklər haqqında danışmalıyıq”, - deyə D. Nazarov əlavə edib.