"Ukrayna silahlı qüvvələri altı aydır davam edən əks-hücum əməliyyatları zamanı 125 mindən çox insan və 16 min silah-sursat itirib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Ukrayna NATO təlimatçıları tərəfindən təlim keçmiş və Qərb texnikası ilə silahlanmış briqadaları döyüşə göndərib.

Bildirilib ki, Ukraynanın əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.

 

Gözəl Həşimova