Fevralın 12-nə qədər Azərbaycan və Türkiyədən Rusiyaya 20 milyona yaxın yumurta ixrac edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Məlumata görə, fevralın 5-dən 12-dək Rusiyaya sonrakı satış üçün “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,4 milyon, Türkiyədən isə 4,1 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası daxil olub.