"Ukraynadakı vəziyyətin sadə yollarla həlli hazırda mümkün görünmür". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolts Berlində Slovakiyanın baş naziri Robert Fiko ilə keçirdiyi mətbuat konfransında deyib.

"Heç bir ölkə Ukraynadan sülh istəməz, lakin iki illik müharibədən sonra biz də qəbul etməliyik ki, görünən sadə bir həll yoxdur", - kansler iddia edib.

"İstənilən halda, Rusiya prezidenti bu müharibəyə hər an son qoya bilər. Amma ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq", - Şolts əlavə edib.