"Almaniya Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı müsbət qərar verəcəyinə ümid edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl deyib.

"İsveçin NATO-ya qəbulu ilə bağlı işlərin necə getdiyi barədə də danışacağıq. Ratifikasiya ilə bağlı qərar Türkiyə parlamenti tərəfindən verilməlidir. Biz tez bir zamanda müsbət qərara ümid edirik. Məsələ NATO-nu gücləndirməkdir", - kansler deyib.

Qeyd edək ki, İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı qərarı alyans üzvlərindən sadəcə Türkiyə və Macarıstan təsdiqləməyib.