Azərbaycanda yerləşən karbamid istehsalı üzrə "SOCAR Carbamid" zavodu götürülən kredit məbləğinin qaytarılmasına başlayıb.

Bunu jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, müəssisə kreditin qaytarılması çərçivəsində 33 mln. avro (faizlərlə birlikdə) həcmində birinci tranşı artıq həyata keçirib. İkinci tranşın həyata keçirilməsi bu ilin dekabr ayının birinci yarısına planlaşdırılıb. Beləliklə, bu ilin sonunadək zavod kredit öhdəlikləri üzrə 66 mln. avro geri qaytaracaq.