Slovakiya Ukraynaya daha bir humanitar yardım göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "pravda.sk" xəbər portalı məlumat yayıb.

Slovakiya Daxili İşlər Nazirliyinin xətti ilə 4 ədəd transformator və "Devit" vitaminləri Ukraynaya göndərilib. Yükün ümumi çəkisi 10 ton, dəyəri isə 157 649 avro təşkil edib.

Humanitar yardım Ukraynaya Avropa Komissiyasının mexanizmləri ilə gəlir və onun daşınması xərclərini də öz üzərinə götürür. Portal xatırladıb ki, yanvarın 17-də Slovakiyadan bu ölkəyə təxminən 90 min avro dəyərində 144 ton gübrə gəlib.