Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya qüvvələri ilə təmas xəttində hücum əməliyyatlarından müdafiəyə keçib. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ordunun yeni baş komandanı Aleksandr Sirski vəzifəyə təyin olunmasından bir neçə gün əvvəl Almaniyanın ZDF telekanalına müsahibəsində deyib.

"Hazırda cəbhə xəttindəki vəziyyəti çətin kimi qiymətləndirmək olar. Biz hücum hərəkətlərindən müdafiə əməliyyatına keçdik", - o, müsahibəsində deyib. 

Sırskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiə hərəkətləri zamanı digər amillərlə yanaşı, hazırlanmış müdafiə xətlərini saxlamaq üçün istehkamlardan, pilotsuz təyyarələrdən və elektron döyüşlər vasitələrindən istifadə etməyə çalışacaqlar.

Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı vəzifəsindən uzaqlaşdıraraq, əvvəllər Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı olmuş Sırskini bu vəzifəyə təyin edib.