"Şimali Koreya Rusiyaya silah tədarük edəcəyi təqdirdə bunun əvəzini ödəyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mətbuat konfransında Şimali Koreya ilə Rusiya arasında son vaxtlar artan təmasları dəyərləndirib.

“Böyük şəhərlərin taxıl anbarlarını hədəfə almaq, başqa ölkənin ərazilərini ələ keçirmək üçün döyüş meydanında istifadə etmək məqsədilə Rusiyaya silah vermək Şimali Koreyaya mənfi təsir göstərəcək. Beynəlxalq ictimaiyyətdə isə bunun əvəzini Şimali Koreya ödəyəcək”.

 

Gözəl Həşimova