"Koreya Xalq Demokratik Respublikasının (KXDR) dövlət məsələləri üzrə sədri, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin baş katibi Kim Çen İnin Rusiyaya səfəri başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Kim Çen Primorskda yerləşən Artem-Primorski-1 stansiyasından Rusiya sərhədlərini tərk edib", - məlumatda qeyd edilib.

Onu Rusiya Şərq Hərbi Dairəsinin fəxri qarovul dəstəsi və Sakit Okean Donanması qərargahının hərbi orkestri müşayiət edib. Musiqiçilər Rusiyanın və KXDR-in himnlərini və digər mahnıları ifa ediblər.