“Şanlı Azərbaycan bayrağının torpaqlarının hər yerində əbədi dalğalanmasını arzu edirik”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında qeyd edilib.

Paylaşımda Şimali Kipr Azərbaycan dövlətini və xalqını təbrik edib.