Rusiyanın sığorta şirkəti “AlfaStraxovaniye” ölkədə ən çox oğurlanan avtomobilləri araşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, sığorta şirkətinin araşdırmasına görə, 2019-cu ildə Rusiyada Lexus, Land Rover və Toyota brendləri daha çox oğurlanır.

Qeyd edək ki, 2018-ci ildə Hyundai Solaris, KIA Sportage və KIA Rio avtomobilləri daha çox oğurlanıb.