Rusiyanın üçüncü böyük şəhəri olan Novosibirskdə istilik sistemindəki nasazlıq səbəbindən küçələri qaynar su basıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, mərkəzi istilik sistemindəki texniki nasazlıq yüzlərlə çoxmənzilli binaya ziyan vurub.

Nasazlıq səbəbindən ümumilikdə 237 bina istiliklə təmin oluna bilməyib. Həmçinin, 20 məktəb nasazlıq səbəbindən distant təhsilə keçib.

 

Gözəl Həşimova