Prezident İlham Əliyevin, bütün dinlərin nümayəndələrinin və xarici dövlətlərin diplomatlarının iftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığı göstərib.
Oxu.Az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib.
QMİ sədri qeyd edib ki, İftar süfrəsi Allahın mərhəmətinin bir növüdür:
“İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi və iftar verilməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu, davam edir və bunu inkişaf etdirir. Ona görə dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk”.