Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi öz vətəndaşlarını mümkün qədər tez Livan ərazisini tərk etməyə çağırıb. 

Bu barədə İqtisadiyyat.az Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-ya istinadən xəbər verir.

Eyni zamanda, səfirlik vətəndaşlarına silahlı qarşıdurmaların getdiyi ərazilərdə qalmamaları və oralara yaxınlaşmamaları barədə xəbərdarlıq edib.


Gözəl Həşimova