"Səudiyyə Ərəbistanı və Rusiya həm qlobal, həm də Yaxın Şərqdə sabitliyə nail olmaq üçün birlikdə çalışırlar". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səud deyib.

Səudiyyənin vəliəhdi Ər-Riyadda Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda deyib: "Bizim bir çox ortaq maraqlarımız var, onlar çərçivəsində həm bütün dünyada, həm də Yaxın Şərq regionunda sabitlik və inkişafa nail olmaq üçün çalışırıq".