Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud Qəzza zolağında dərhal atəşkəsə çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, nazir bu barədə Ər-Riyadda Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyslə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Səudiyyə Xarici İşlər Nazirliyinin rəhbəri bir jurnalistin sualını cavablandırarkən deyib: "Qəzzanın dağıdıldığı, hər saat onlarla insanın öldüyü zaman hansı gələcəkdən danışırsınız? İndi gördüyümüz yeganə gələcək Qəzzada dərhal atəşkəsdir".