Səudiyyə Ərəbistanı iyul ayından başlayaraq həyata keçirilən gündəlik neft hasilatının 1 milyon barrel azaldılması qərarını ilin sonuna qədər davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən bildirilib. 

Məlumata görə, ilin sonuna qədər mövcud ixtisar qərarları ilə ölkədə gündəlik neft hasilatı 9 milyon barrelə düşəcək.

İxracın neft bazarlarında sabitliyi qorumaq məqsədi daşıdığı və hər ay azalmaların məbləğinə yenidən baxılacağı açıqlanıb.