Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik məktubu göndərib.

İqtisadiyyat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına davamlı tərəqqi və firavanlıq arzulayıb.

Vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salman Al Səud da Zəfər Günü və Bayraq Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. O, İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.