Səudiyyə Ərəbistanının Fələstinə təyin etdiyi ilk səfiri Nayif bin Bəndər əs-Sudeyri etimadnaməsini Fələstin rəhbərliyinə çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, səfir Sudeyri etimad məktubunu İordaniyanın paytaxtı Ammandakı Fələstin səfirliyində Fələstin prezidentinin diplomatiya üzrə müşaviri Məcdi əl-Xalidiyə təqdim edib.

Səudiyyə Ərəbistanının Fələstinə təyin etdiyi ilk səfir olan Sudeyrinin fövqəladə səlahiyyətli səfir, eyni zamanda Qüdsdə qeyri-rezident baş konsul vəzifələrində çalışacağı bildirilib.

Etimadnamənin qəbulu zamanı çıxış edən Məcdi əl-Xalidi bu addımın iki qardaş xalq və ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb

Qeyd olunub ki, etimadnamə prezident Mahmud Abbasa çatdırılacaq.