Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvada Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbu əl-Qeyt ilə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Bazar ertəsi Moskvada Sergey Lavrov və Ərəb Liqasının baş katibi arasında danışıqlar baş tutacaq", - o qeyd edib.

"Bizim məşğul gündəliyimiz var, lakin ərəb-İsrail münaqişəsinin dramatik şəkildə kəskinləşməsini nəzərə alaraq, bu mövzuya üstünlük veriləcək", - Zaxarova bildirib.