"Ermənistanın KTMT təlimlərdən imtina etməsi, qarşılığında ABŞ ilə ortaq təlimlər keçirməsi qəribə görünür".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Ermənistan-ABŞ hərbi təlimlərinə münasibət bildirərkən deyib.

"Rusiya Federasiyası Ermənistanın ABŞ ilə ortaq hərbi təlimlər keçirməsindən təəssüflənir", - Lavrov bildirib.

O vurğulayıb ki, Ermənistanın gələcək xarici siyasətində Rusiya ilə müttəfiqlik öhdəliklərinə uyğun addımlar atacağına ümid edir.

Qeyd edək ki, Ermənistan-ABŞ hərbi təlimləri sentyabrın 11-20-də keçiriləcək.