Serbiya Rusiyadan “Repellent” elektron müharibə sistemi və Çindən “FK-3” zenit-raket kompleksləri alıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

“Nəhayət fevralın 15-də ölkə əhalisi Rusiyadan gətirdiyimiz və uzun müddət əvvəl pulunu ödədiyimiz “Repellent” elektron müharibə sistemini görəcək. O, artıq bizim əlimizdədir və düşmənin pilotsuz təyyarələrinə qarşı döyüş üçün nəzərdə tutulub. Bu bizim üçün vacibdir”, - deyə Serbiya lideri qeyd edib.

O əlavə edib ki, rəsmi Belqrad nəhayət Çinin “FK-3” zenit-raket komplekslərini təchiz etməyə yaxındır. Serbiya lideri hərbi sənaye kompleksinin və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu da vurğulayıb.