Serbiya hökuməti Respublika Prezidenti Aleksandr Vuçiçə Milli Assambleyanın (birpalatalı parlament) buraxılması və rəsmi olaraq yeni parlament seçkilərinin vaxtının təyin edilməsi təklifi göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətinin saytında dərc olunmuş məlumatda bildirilib.

"Mövcud şəraitdə yeni parlament seçkilərinin keçirilməsi demokratiyanın yüksək dərəcəsini, cəmiyyətdə bir-birinə zidd olan qüvvələr arasında yaranan gərginliyin azaldılmasını, eksklüzivliyin və təhqirlərin rədd edilməsini təmin edər, eyni zamanda müəyyən siyasi məsələlərlə bağlı sərbəst fikir və mülahizələr söyləmək hüququnu bir daha təsdiq edər", - sənəddə qeyd olunur. 

Parlamentin buraxılması təklifində o da qeyd olunur ki, son vaxtlar növbədənkənar deputat seçkiləri ilə bağlı müraciətlər daxil olub və 2023-cü il sentyabrın 11-də bəzi müxalif siyasi partiyalar respublika prezidentinə belə bir sorğu göndəriblər.

Vuçiç daha əvvəl qeyd edib ki, Serbiyada növbədənkənar parlament seçkiləri dekabrın 17-də keçiriləcək.