Qarabağda yaşayan separatçı “fəal” Gevorq Arstamyan bildirib ki, qanunsuz xuntanın liderləri Qarabağı tərk edib-etməmək barədə bu gün qərar verəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində paylaşım edib.

“Qarabağda döyüşlər davam edir. Mənbələrdən aldığımız məlumata görə, Qarabağın “rəhbər"liyi bu gün səhər qərar verəcək: ya qalacağıq, ya gedəcəyik. Bir sözlə, ya qalacağıq və inteqrasiya edəcəyik, ya da Qarabağı tərk edəcəyik”, – Gevorq Arstamyan yazıb.