“Rusiya tərəfdaşları ilə taxıl təşəbbüsünün alternativlərini fəal şəkildə müzakirə edir. Onun sözlərinə görə, ilk növbədə Afrika ölkələri ilə dialoq aparılır. Biz afrikalı dostlarımızı buğda, arpa, qarğıdalı və digər taxıl bitkiləri ilə, o cümlədən BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə təmin edirik. Bu məsələyə üstünlük veririk”.

İqtisadiyyat.az bildirir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov RİA Novosti-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya 2022-ci ildə Afrikaya 11,5 milyon ton, təkcə 2023-cü ilin birinci yarısında isə demək olar ki, 10 milyon ton taxıl verib.

Xatırlada ki, iyulun 18-də Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutan taxıl sazişində iştirakını dayandırıb. Vaşinqton , taxıl müqaviləsinə qayıtdığı təqdirdə Rusiya Federasiyasından ərzaq ixracına kömək edəcəyinə söz verib. Eyni zamanda, ABŞ və Avropa İttifaqı Rumıniya və Moldovanın iştirakı ilə taxıl ixracı üçün alternativ yollar çəkmək istəyir. Bu gün Odessadan ilk gəmi Ukraynanın açdığı taxıl dəhlizindən istifadə edib.