ABŞ-ın “Oracle Advisory Group" təşkilatı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” ilə birgə Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə 3 min seçici ilə müsahibələr aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu təşkilatın nümayəndəsi George Brinbaum bu gün keçirilən iclasda deyib.

"Müsahibələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda da təşkil ediləcək. 40 ərazidə, 500 seçki məntəqəsində müsahibələr alınacaq. Komandaya 25 nəzarətçi daxildir. 1500 nəfər müsahibə alan şəxs olacaq. Həmçinin seçki günü məntəqəni tərk edən 60 min nəfərdən də müsahibə götürüləcək. Eyni zamanda biz seçki günü hər 3 saatdan bir daxili hesabatlar hazırlayacağıq. Seçki məntəqəsinin bağlanmasından 1 saat sonra isə "exit poll"un nəticələrini elan edəcəyik", - o əlavə edib.

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group" təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib. Sorğunun nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

ABŞ-ın “Oracle Advisory Group" təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”  fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seşki Komissiyasından (MSK) akkreditasiyadan keçib.

Sadiq Cavadov