İsveçrə millisinin və Amerikanın “Çikaqo Fayr”ın 32 yaşlı yarımmüdafiəçisi Xerdan Şaqiri DÇ-2014-dən sonra ikinci turda Şotlandiyaya vurduğu qol sayəsində ardıcıl 6 böyük turnirdə qol vuran yeganə futbolçu olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Şaqirinin qolu sayəsində İsveçrə məğlubiyyətdən xilas ola bilib (1:1) və 4 xalla A qrupunda ikinci yerdədir.

Şaqiri Şimali və ya Cənubi Amerikadan Avropa çempionatında qol vuran ilk futbolçu olub.

Şaqiri 2022-ci ilin fevralında Fransa "Lion"undan "Çikaqo Fayr"a keçib.