"Saola" qasırğası yaxınlaşdığı üçün Çinin cənubundakı Quanqdonq əyalətində 460 mindən çox insan təxliyə edilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "China Daily" məlumat yayıb.

Qəzetin yazdığına görə, əyalət hökuməti tayfun və daşqınların səbəb ola biləcəyi fövqəladə hallara qarşı tədbirləri ən yüksək səviyyəyə qaldırıb. Əyalət üzrə 13 şəhərdə ibtidai, orta məktəb və uşaq bağçalarından yeni tədris ilinin başlanmasını sentyabrın 4-nə təxirə salmaq istənilib. Yeddi şəhərdə 64 minə yaxın xilasedici hazır vəziyyətə gətirilib.

Meteorologiya, hidrologiya və dəniz idarələrinin verdiyi proqnoza görə, tayfunun cümə günü gecə saatlarında Quandun əyalətini vuracağı gözlənilir. Şençjen şəhərinin hakimiyyət orqanları bütün dövlət qurumları, kommersiya təşkilatları və nəqliyyat şirkətlərinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib. 4100 qatar və 67 su yolu ilə sərnişin daşıma marşrutu fəaliyyətini dayandırıb. Həmçinin, Jieyang Chaoshan Beynəlxalq Hava Limanında 60-a yaxın reys təxirə salınıb.

Meteoroloqlar bildiriblər ki, tayfunun mərkəzində küləyin sürəti saniyədə 43 metr, yayılma arealı isə təxminən 150 kilometrdir.